Mağaza Meneceri
 
JOB TITLE: Mağaza Meneceri
EMPLOYER: Zeta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-29 LAST UPDATED: N/A DEADLINE: 2020-02-28

Vəzifə: Mağaza Meneceri – Zeta Group

Zeta Group yeni açılacaq mağazaları – Parfois və Entertainer - üçün Mağaza Menecerləri axtarışındadır.

Əmək haqqı 800-1000 AZN+(bonus) nəzərdə tutulmuşdur.

Həftədə 6 gün iş, bir gün istirahət və Azərbaycan Respublikasının ƏM əsasən sənədləşmə.

Ümumi vəzifə öhdəlikləri:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsinə nəzarət;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi

Bilik və Bacarıqlar:

• Geyim, aksesuar və uşaq oyuncaqları mağazalarının idarə edilməsi sahəsində azı 2 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza Meneceri” qeyd edərək CV-lərini fevral ayının 15-dək cv@zeta.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP