Qeydiyyatçı
 
JOB TITLE: Qeydiyyatçı
EMPLOYER: Huner Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-29 LAST UPDATED: N/A DEADLINE: 2020-02-28

Qeydiyyatçı 

Huner Group müxtəlif sahələrdə uğurlu işlərə imza atmış, çox fərqli bir konseptlə çıxış edərək Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən şirkətdir.

Vəzifə öhdəlikləri:

- Ofisə yaxınlaşan müştərilər və qonaqları qarşılamaq;
- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- Bütün qonaqlara xüsusi bir diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil etmək;
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatları üzrə istiqamətləndirmək;
- Zənglər ilə bağlı müvafiq qeydiyyatları aparmaq və telefon siyahılarını mütəmadi olaraq yeniləmək;
- Daxil olan informasiyaları qeydə almaq və vaxtında təyinatı üzrə həmin informasiyaları istiqamətləndirmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib və təqib etmək;
- Tələb olunduqda birbaşa rəhbərinin yönləndirmələrinə əsasən əlavə funksiyaları yerinə yetirmək.

Tələblər:

Müvafiq sahədə təcrübə;
Azərbaycan və Rus dilinə hakim olmaq, İngilis dil biliklərinin olması üstünlükdür;
MS Office proqramlarında işləmək qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı, dinləmə qabiliyyəti;
Yüksək təşkilatçılıq və effektiv kommunikasiya bacarığı;
Stressə dözümlülük və səbirli olmaq qabiliyyəti;

Təminatlar:

Təyin olunmuş güzərgahdan servis vasitəsilə iş yerinə çatdırılma;
Nahar ilə təmin edilmə;

İş qrafiki və əmək haqqı:

Əmək haqqı barəsində danışıqlar müsahibə əsasında aparılır.
6 günlük iş qrafiki;

İş yeri:

Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Huner Group Baş Ofisi.

Müraciət qaydası:

Vakansiya tələblərinə cavab verən namizədlərdən xahiş olunur ki, şəkilli və Azərbaycan dilində tərtib edilmiş CV formalarını e-mailin mövzu hissəsində “Qeydiyyatçı” – sözünü qeyd edərək hr@hunergroup.az – elektron ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP