Bina inzibatçısı (Komendant)
 
JOB TITLE: Bina inzibatçısı (Komendant)
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-29 LAST UPDATED: N/A DEADLINE: 2020-02-28

“Abşeron Logistika” MMC “Bina inzibatçısı (Komendant)” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar
komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməlidir.
• Müəssisədəki tikilinin cari vəziyyətinə nəzarət etmək.
• Tikilidə yarana biləcək texniki qüsurların vaxtında aradan qaldırılması işini təşkil etmək.
• Tikilidə yerləşən su, qaz, istilik, elektrik enerjisi daimi fasiləsiz əməkdaşlara çatdırılmasının təşkili, ərazinin və bina daxili dəhlizlərin liftlərin təmizliyi, işıqlandırılması işini təşkil etmək, işləri daim nəzarətdə saxlamaq;
• Maddi dəyərlərin oğurluğu və talanmasına və müəssisənin zərər çəkməsinə yol verməmək.

Namizədə tələblər

• Uyğun sahə üzrə 5 il iş təcrübəsi
• Operativlik, dəqiqlik, məsuliyyət
• Punktual,daim öz üzərində çalışan

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bina inzibatçısı (Komendant)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək
istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP