Mağaza Meneceri
 
JOB TITLE: Mağaza Meneceri
EMPLOYER: LIBAMEN DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-29 LAST UPDATED: N/A DEADLINE: 2020-02-28

LIBAMEN

Şirkətimizə hal hazırda “Mağaza Meneceri” tələb olunur.

• Aylıq Satış Planının yerinə yetirilməsini təmin etmək.
• Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək.
• Ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək.
• Personal tərəfindən nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, habelə bütün intizam pozuntuları haqqında rəhbərliyə vaxtında məlumat vermək.
• Ticarət salonunda subordinasiyaya riayət olunması.
• İş gününün planlaşdırılması, iş gününün sonunda təşkilati məsələlər üzrə və keçən gün ərzində əldə olunmuş nəticələr və məsləhətlər üzrə qısa hesabatın hazırlanması.
• Tapşırıqların və öhdəliklərin ticarət salonunun personalı arasında funksional bölüşdürülməsi.
• VİP satışların həyata keçirilməsi.
• Müştəri bazasının inkişaf və keyfiyyət dinamikasının stimullaşdırılması, müştəri bazasının dinamikası haqqında ümumi və hər bir satış nümayəndəsi üzrə ayrıca aylıq hesabatların hazırlanması və təqdim olunması.
• Mağaza üçün sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək.
• Aylıq hesabatların hazırlanması.
• Müştərilərlə bağlı bütün problemli məsələrin düzgün şəkildə həll etmək, müştəriləri mağazanın xidmətindən razı salmaq
• Mağazada və anbarda olan məhsulların qiyməti, ölçüləri və sayı barədə məlumatlı olmaq və müştəriləri düzgün məlumatlandırmaq

Namizədə qoyulan tələblər:

• Ali təhsil
• Yaş həddi: 26-35
• Geyim sahəsində Menecerin köməkçisi və baş satış məsləhətçisi vəzifəsi üzrə 1il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili -əla, İnglis dili -orta
• Kompüter bilikləri: Microsoft Office
• Yüksək səviyyədə ünsiyyət qurma və təşkilatçılıq bacarığı
• Dürüstlük və məsuliyyətlilik

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini libamen@theprime.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mağaza Meneceri” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP