Material sərfiyyatının normalayıcısı
 
JOB TITLE: Material sərfiyyatının normalayıcısı
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-29 LAST UPDATED: N/A DEADLINE: 2020-02-28

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Material sərfiyyatının normalayıcısı

İş barədə məlumat

• İstehsal olunan məmulatın material sərfiyyatının hesablaması;
• Texnoloji əməliyyatlarda emal payının təyin edilməsi, material tullantılarının hesablaması;
• Məhsul istehsalının ilkin mərhələsindən başlayaraq hazır məhsul ortaya çıxana qədər keçdiyi texnoloji prosesləri tam bilməsi;
• Cizgi çəkmə qaydalarına riayət olunması və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərin hazırlanması;
• Cizgilərin və başqa konstruksiya sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsi;
• İstehsalat üçün gərəkli olan alətlərin cizgilərinin çəkilməsi.

Namizədə tələblər

• Yaş həddi: 30-50;
• Ali təhsil (ixtisası “Maşınqayırma texnologiyası” olanlara üstünlük verilir).
• 3-5 ildən artıq iş təcrübəsi (istehsalat sahəsində);
• AutoCAD və SolidWorks programlarında əla işləmə qabiliyyəti;
• AZS, ГОСТ, DİN və başqa standartlarla işləmə bacarığı;
• Maşınqayırmanın istehsal sahəsini dərindən bilməli, emal dəzgahlarının iş prinsipini bilməlidir.

Əlavə şərtlər:

• Əmək haqqı – danışıq əsasında;
• İş saatı: 5 günlük iş rejimi (08:00 - 17:00-dək);
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=147 və ya hr@metak.az ünvanına göndərərək, 29.02.2020–cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP