Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis
 
JOB TITLE: Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis
EMPLOYER: Azərşəkər LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-30 LAST UPDATED: 2020-01-30 DEADLINE: 2020-02-29

2017-ci ildən fəaliyyətə başlayan "Azərşəkər MMC" kənd təsərrüfatına yeni nəfəs, müasir texnologiyalar və yerli fermerlərə əvəzsiz imkanlar gətirir. Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət etməyi, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından, müasir suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadəni nəzərdə tuturuq.

Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir.

Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis

• Təsərrüfatlar üzrə əkinçilik planlarının, kənd təsərrüfatı bitkilərinin texnoloji xəritələrinin hazırlanmasında iştirak edir;
• Təsərrüfatların ehtiyacını nəzərə alaraq daha keyfiyyətli toxum, gübrə və pestisidlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdımaların aparır;
• Kənd təsərrüfatı bitkilərində yayılmış xəstəlik və zərərvericilərin, alaq otları ilə mübarizədə daha effektiv mübarizə üsullarının müəyyənləşdirilməsində iştirak edir;
• Torpaqların münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması istiqamətində aqrotexniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
• Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması barədə dünyada mövcud olan təcrübələrin (texnologiyaların) araşdırır və müvafiq təkliflər hazırlayır;
• Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı vegetasiya müddətində meydana çıxan problemləri müvafiq toxum, texnika, gübrə, pestisid şirkətləri ilə müzakirə edir, nəticələri barədə rəhbərliyə hesabatlar təqdim edir;
• Təsərrüfatda mövcud olan test əkinlərinin nəticələrini izləyir, müvafiq hesabatların hazırlanmasında iştirak edir;
• Gübrə, dərman, toxumların saxlanma rejimi və müddətlərini müəyyən edilməsində iştirak edir;
• Sahədə bitkilərin inkişaf dinamikasına uyğun həyata keçirilən monitorinq işlərinin nəticələrinin analizində iştirak edir;
• Texnoloji xəritəyə uyğun təsərrüfatlarda həyata keçirilən əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi barədə məlumatları toplayır və mövcud vəziyyəti analiz edərək rəhbərliyə hesabat verir.

Tələblər:

• Ali Təhsil ( Aqronomluq, Əkinçilik )
• Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
• Regionlara mütəmadi səyahət etmək imkanının olması
• Yüksək analitik bacarıqları olmalı
• Kompüter bilikləri: MS Office/Excel, Power Point mükəmməl işləmə bacarığı
• Azərbaycan dili -əla, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməlidir

Əlavə məlumat:

Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan şəxslər öz CV formalarını "KT layihələri üzrə mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP