Bakı üzrə filial müdiri
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil; • Kredit sahəsində azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi; • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı; • Analitik mühakimə etmək qabiliyyəti; • İdarəetmə və liderlik qabiliyyəti; • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Əsas vəzifə və öhdəliklər:
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək; • Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək; • Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq; • Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək; • Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək; • Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək; • Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
CV-ləri Bakı üzrə filial müdiri mövzusu ilə vakansiya@parbokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
|