Marketinq departamentinə Mütəxəssis
 
JOB TITLE: Marketinq departamentinə Mütəxəssis
EMPLOYER: Komtec LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-30 LAST UPDATED: N/A DEADLINE: 2020-02-29

Komtec LTD MMC Marketinq departamentinə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Marketinq və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil;
• Marketinq və Brend Aktivasiyası üzrə 2-3 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti;
• Ünsiyyət bacarığı və təşəbbüskarlıq;
• MS Office proqramlarını mükəmməl bilmək;
• Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük sayılır);
• Regionlara səfər etmə imkanı;

İŞİN TƏSVİRİ:

• Marketinq planının həyata keçirilməsi;
• Brendin tanınmasının artırılması;
• Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət;
• Satış komandasının marketinq vasitələri ilə təmin edilməsi;
• Agentliklərlə əməkdaşlıq edilməsi;
• Brendin tanınmasını təşviq edən diler və BTL tədbirlərinin təşkili.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP