Təlim Mərkəzinə Aparıcı Mütəxəssis
 
JOB TITLE: Təlim Mərkəzinə Aparıcı Mütəxəssis
EMPLOYER: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-30 LAST UPDATED: N/A DEADLINE: 2020-02-29

VƏZİFƏ: TƏLİM MƏRKƏZİNƏ APARICI MÜTƏXƏSSİS

Əsas vəzifə və öhdəliklər:

• Təlim mərkəzində keçirilən təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin illik planını hazırlamaq;
• müvafiq təlim proqramlarını və təhsil modullarını hazırlamaq;
• Tədris materiallarını tərtib etmək və metodik vəsaitləri hazırlamaq;
• təlim iştirakçılarının nəzəri və praktiki bilik yoxlanışının təşkili və nəticələrinin müvafiq bazaya əlavə edilməsini təmin etmək;
• Aparılan təlimlərin nəticələrini qiymətləndirmək;
• Cəmiyyət işçilərinə müvafiq sahə üzrə təlimlər vermək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.
Təhsili: ali, ümumi ixtisas təhsilli
Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə (təlimçi kimi ən az 2 il təcrübə)
Proqram təminatı: MS Office proqramları (xüsusilə də Power Point)
Bacarıqlar: Auditoriya ilə işləmək, informasiyanı çatdırmaq bacarığı, Təqdim etmə bacarığı, təqdimat hazırlama bacarığı, nitq qabiliyyəti

Bilməlidir:

• fəaliyyəti ilə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini;
• kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə metodları ;
• Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını;
• SƏTƏM üzrə biliklər.

İş qrafiki: həftədə 5 gün, 09:00-17:00
İş yeri: Ələt qəsəbəsi (servis avtobusu ilə təmin olunur)
İşçi Könüllü tibbi sığorta və nahar ilə təmin olunur.

Tələblərə cavab verən namizəd mövzu yerinə vakansiyanın adını qeyd etməklə 14.02.2020-ci il tarixinədək hr@portofbaku.com ünvanına şəkilli cv-sini göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP