İnformasiya Təhlükəsizliyi İnzibatçısı
 
JOB TITLE: İnformasiya Təhlükəsizliyi İnzibatçısı
EMPLOYER: Rabitabank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-31 LAST UPDATED: N/A DEADLINE: 2020-03-01

İnformasiya Təhlükəsizliyi İnzibatçısı

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
 İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
 İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
 İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
 İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
 İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında iştirak;
 Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

 Ali təhsil;
 İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
 Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
 İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək. (Zərərli koddan müdafiə, DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva), Vulnerability Scanners (Nessus, Rapid7), ATM and PoS security, OTP systems (RCdevs, OpenOTP), Antivirus, Proxy sistemlərindən istifadə edə bilmək). Eləcə də Verilənlər bazası, web səhifələr və kod təhlükəsizliyi üzrə minimum biliklərin (ilkin tanışlığın) olması;

 Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
 İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək.
 Windows və *NİX əməliyyat sistemlərini inzibatçı səviyyəsində bilmək;
 Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
 Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
 Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi İnzibatçısı” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP