Əməliyyatlar Strukturunun mütəxəssisi
 
JOB TITLE: Əməliyyatlar Strukturunun mütəxəssisi
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-31 LAST UPDATED: N/A DEADLINE: 2020-03-01

AFB Bank Əməliyyatlar Strukturunun mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Aidiyyəti sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Azərbaycan dili (Rus və İngilis dili bilənlərə üstünlük verilir );
• Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word);
• Kreditlə bağlı prosedurlar barədə məlumatlı olmaq;
• İntensiv rejimdə və təzyiq altında işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Kredit dosyelərinin yoxlanılması, icra üçün hazırlanması və icrası;
• Təminat məktublarının (tender, icra, avans) hazırlanması və bankdaxili sistemdə icrası;
• Vergi, məhkəmə və icra orqanlarının sorğularının araşdırılması və cavablandırılması;
• Daşınar və daşınmaz əmlakın elektron qaydada girova salınması və çıxarılması;
• Proseslərin avtomatlaşdırılması üzrə texniki tapşırıqların yazılması və testlərin icra edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatlar Strukturunun mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP