Əməliyyat şöbəsi üzrə operator
 
JOB TITLE: Əməliyyat şöbəsi üzrə operator
EMPLOYER: DərHaL ltd DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-31 LAST UPDATED: 2020-02-04 DEADLINE: 2020-03-01

Vəzifə: Əməliyyat şöbəsi üzrə operator

Ə/H müsahibə əsasında müəyyənləşdirilir.

İş barədə məlumat

- Şirkət beynəlxalq sürətli poçt daşıma xidməti ilə məşgul olur
- Həftənin 5 günü, iş vaxtı 09:00-dan 18:00-dək; şənbə günü, saat 10:00-dan 15:00-dək
- Nahar 13:00-dan 14:00-dək.
- İşçinin qarşısında duran əsas məsələ yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;
- İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək:
- İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
- Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
- Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
- İdxal anbarına yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək:
- Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
- Yükün qablaşdırılmasına diqqət yetirmək;
- Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
- «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
- İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin məlumat üzrə operatoruna vermək;
- Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
- Aviaşirkətlərə mənsub olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında göndərilməsində iştirak etmək.

Tələblər:

- İş təcrübəsi tələb olunmur
- Yaş həddi 23-33
- Stresə davamlı
- Məsuliyyətli
- Rus və inglis dillərində səlis bilməli.
- Komyuterdə yaxşı işləməyi bacarmalı

Şirkət adı “DərHaL ltd,” MMC
E-mail ünvanı azrecruitment@dhl.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP