Telekommunikasiya şirkəti Sistem inzibatçısı vəzifəsi üzrə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
• Şəbəkə avadanlıqlarının quraşdırılması; • Şəbəkə avadanlıqlarının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək; • Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti; • Nasazlıqları proqnozlaşdırmaq və aradan qaldırmaq; • Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək; • Şəbəkə dizaynını tərtib etməli, texniki tapşırıqların hazırlanması; • Nasaz şəbəkə avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması; • Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması; • Avadanlıqların loqlarının və monitorinqinin daimi və düzgün şəkildə aparılmasını təmin etməli və bu prosesi nəzarətdə saxlamalıdır. • Daimi şəbəkə problemlərini aradan qaldırmalı və şəbəkə bağlantısı problemlərini həll etməli.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
• İT sahəsində ali təhsil; • CCNA R&S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir; • Wireless texnologiyaları ilə bağlı fundamental biliklər; • Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi; • Yeni texnologiyaların öyrənilməsi bacarığı.
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Sistem inzibatçısı) qeyd etməyinizi xahiş edirik: E-ünvan: telecom.corp2015@gmail.com
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
|