Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri
 
JOB TITLE: Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri
EMPLOYER: Telekommunikasiya şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-31 LAST UPDATED: 2020-01-31 DEADLINE: 2020-03-01

Telekommunikasiya şirkəti Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri vəzifəsi üzrə işçi qəbulunu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

1. Planlaşdırma və Analitika prosesslərini və ona aid olan bütün sənədləri yaradır, daim təkmilləşdirir və prosesə riayət edir;
2. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
3. Hədəflərin əldə edilməsi və saxlanılmasına yönəlmiş, informasiyanı təhlili edir;
4. Sektorun planlanlaşdırılmasını, inkişafını və koordinasiyasını təmin edir;
5. Şöbə daxili biznes-proseslərin tənzimlənməsi, tədbiqi və yerinə yetirilməsinə nəzarət edir;
6. Hesabat standartlarının hazırlayır və həyata keçirir, hesabatların yenilənməsi prosesinin təşkil edir, bütün maraq göstərən bölmələrinə hesabatlarla məlumatlı olmağını təmin edir;
7. Daxili informasiya sistemindən məlumatların emalını, təhlilini və təqdimatını təşkil edir;
8. Tabeçiliyində olan personalın fəaliyyətini qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirilməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
9. Planlama və analitik məlumatların idarəedilməsi proseslərinin şöbə prosedurlarına uyğun olaraq aparılmasına nəzarət edir;
10. Sektorun işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
11. Sahəsinə aid olan daxili qaydaların, təlimatların, proseslərin, prosedurların tərtibatına və onların daimi müasirləşməsinə, eyni zamanda istifadəsinin riayət olunmasına dair tədbirlər qörür.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsil;
2. Layihələrin idarəedilməsi sahasində ən azı 5 illik iş təcrubəsi;
3. Rəhbərlik üzrə ən azı 3 illik iş stajı;
4. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
5. İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır;
6. İdarəetmə və planlama sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
7. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;
8. Kompüter bilikləri üzrə: MS Office (Word, Excel, Outlook Express, PowerPoint və s.) programlarını mükəmməl bilməlidir, Visio və MS Project arzu olunandır;
9. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Analitika və Planlama Sektorunun Müdiri) qeyd etməyinizi xahiş edirik: E-ünvan: telecom.corp2015@gmail.com

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP