Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-31 LAST UPDATED: N/A DEADLINE: 2020-03-01

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
-Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Baş Mühasib

Vəzifə öhdəlikləri

• Müəssisənin mühasibat uçotunun Beynəlxalq mühasibat standartlarının və Vergi Məcələlləsinin tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının mühasibat uçotununda düzgün əks etdirilməsini təşkil edir.
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, vergilər, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, digər ehtiyat fondlarına ayırmaları tərtib edir
• Mühasibatlıq fəaliyyəti ilə bağlı sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün arxivləşdirilməsini təmin edir
• Təsdiqləyici sənədlər əsasında hesablaşmaların vaxtında və tam icra edilməsinə nəzarət edir
• Şirkətin balansında olan əsas vəsaitlərin, mal və materialların dövri inventarizasiyasının aparılmasını təşik edir və nəticələrinin rəsmiləşdirilməsini həyata keçirir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsini təmin edir.
• Şirkətin illik büdcə proqnozlarının hazırlanmasında bilavasitə iştirak edir

Tələblər

• Təhsil : Ali ( Mühasibat uçotu və Audit , İqtisadiyyat, Menecment ixtisasları)
• Təcrübə: Minimum 5 il (Müvafiq vəzifədə 3 il )
• Sertifikatlar: ACCA , İFRS və əlaqədar sertifikatlar
• Dil bilikləri: Azərbaycan Dili
• İT üzrə biliklər: MS Office, BTP və Elektron Hökümət Portlalı, ERP Proqramları ( 1C, Logo, Günəş və s)

Texniki Bacarıqlar

• “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
• Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

Səriştəlik

• Təşəbbüskarlıq, Məsuliyyətli,
• Disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Analitik düşüncə və proqnoz etmə bacarığı
• Problemi həll etmə bacarığı
• Düzgünlük və dəqiqlik

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP