
Domino's Azərbaycan "Restoran Müdiri" və "Növbə rəisi" axtarır!
Şirkət barədə
Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino's çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.
Əsas vəzifə və öhdəliklər
• Məsul olduğu şöbə üçün nəzərdə tutulan satış, gəlirlilik, qida, əmək və OER hədəflərinə çatılması mövzusunda lazımlı fəaliyyətlər planlayıb həyata keçirilməsini təmin etməli, • İdeal personal sayını qorumalı, • İşçilərin qanunlara, qaydalara, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etməli, • Digər şöbələr və rəhbərliklə bağlı həftəlik, aylıq hesabatları düzgün və vaxtında icra etməli, • Yeni işçilərə təlimlər verməli
Namizədə dair tələblər
• Ali Təhsil • Ən azı 3 illik Restoran İdarəetmə təcrübəsinə sahib olmalı,(Qida sektoru,Fast-Food ) • Xərclərə nəzarət, hesabat və təhlil bacarığı; • Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı, • Komanda işinə meyilli, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran, • Marka dəyərini dəqiq təmsil edə bilən və bu dəyəri komanda ilə göstərə bilən, • Müştəri məmnuniyyətinə üstünlük verən, • Güclü planlaşdırma bacarığına malik, təşəbbüs göstərməyə və strateji düşünməyə qadir, • Effektiv ünsiyyət tərzinə sahib olan, xarici görünüşünə diqqət yetirən, • Gərgin iş qrafiki, növbə sistemi və çevik iş saatları ilə ayaqlaşa bilən, • Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ; • Microsoft Office proqramlarında işləmə bacarığı;
İş şərtləri • Əmək haqqı, namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir; • Həftəlik, aylıq bonuslar yüksəkdir • Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Restoran müdiri” və “Növbə rəisi” qeyd edərək info@dominospizza.az ünvanına göndərməkləri xahiş olunur.
|