Satış məsləhətçisi
 
JOB TITLE: Satış məsləhətçisi
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-03 LAST UPDATED: 2020-02-03 DEADLINE: 2020-03-04


Novas Home” mağazalar şəbəkəsi mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəxalətləri, təmizlik vasitələri, uşaqaləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid 20 000 çox müxtəlif çeşid məhsulların pərakəndə satışını həyata keçirir. Hazırda 6 filial fəaliyyət göstərir.
Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Novas Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Satış məsləhətçisi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Namizədə dair tələblər:

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 2 növbəli iş qrafiki, həftədə bir gün istirahət
• Nahar şirkət tərəfindən təmin olunur
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• 320 AZN sabit (net) + mükafat/bonus

Vakansiyaya müraciət üçün CV-ləri “Satış məsləhətçisi” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP