Avtobus sürücüsü
 
JOB TITLE: Avtobus sürücüsü
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-03 LAST UPDATED: N/A DEADLINE: 2020-03-04

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Avtobus sürücüsü

İşin təsviri:

• Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, intervalı gözləmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək;
• Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;
• Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;
• Əmək haqqı: 800 AZN.

Tələblər:

• Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı;
• 35-50 yaş;
• Yaşayış yeri: Qaraçuxur, Hövsan, Xəzər, Əhmədli, Neftçilər əraziləri arzuolunandır;
• Əmək stajı sürücü kimi 5 ildən artıq;
• Fiziki sağlam;
• Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=120 və ya hr@metak.az ünvanına CV göndərərək 03.03.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP