
“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Qrafik dizayner” vakansiyası elan edir.
Vəzifə barədə məlumat:
• Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer, kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s.); • SMM üçün kreativ materialların hazırlanması, kreativ düşüncəyə malik olması; • Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi; • Reklam və poliqrafiya materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək; • Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etmək; • Şirkət daxili və çöl reklam materialları və promo məhsulların hazırlanması, icrası və təhvil verilməsinə görə cavabdehlik daşımaq; • Aparılan işlər üzrə hesabatlar hazırlamaq; • Hazır çap produksiyanı kontrol və icra bacarığı; • Video işlərinin hazırlanması; • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə; - Lyuks brendlərlə çalışmaq imkanı; - Həftə ərzində 6 iş günü; - İş saatı: 10:00-19:00.
Tələblər:
- Ali təhsil - Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi arzu olunandır; - Proqram bilikləri: Corel Draw, Adobe Illustrator / Photoshop / After Effects / Premier Pro - GIF və html5 vizual bilikləri arzu olunandır; - Brending, qablaşdırma üzrə biliklər; - Dil bilgiləri: Azərbaycan, Rus (mütləq), İngilis dillərində yazı, danışıq qabiliyyəti; - Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; - Reklam, çap, promo, vizual məhsulları şirkəti ilə əlaqədar olmaq; - Stresə davamlılıq, nəticə yönümlülük; - Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
|