Əməyin mühafizəsi üzrə mütəxəssis
 
JOB TITLE: Əməyin mühafizəsi üzrə mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-04 LAST UPDATED: N/A DEADLINE: 2020-03-05

“ABB” ASC İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə Əməyin mühafizəsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

 Bankda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
 İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi;
 İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə dair növbəti və növbədən kənar təlimat keçmək;
 Baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq;
 Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət;
 Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək;
 İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.

Bizim üçün ideal namizəd:

 Ali təhsilli ;
 SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi olan;
 SƏTƏM üzrə tələb olunan uyğun sertifikatlara malik olan;
 Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.

Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 17 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməyin mühafizəsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP