Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-04 LAST UPDATED: N/A DEADLINE: 2020-03-05

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin hazırlanması, sənədləşdirilməsi və normativ sənədlərin hazırlanması;
• Normativ sənədlər bazasının idarə edilməsi;
• Mövcud biznes proseslərin təhlili zamanı aşkarlanmış risklərin müvafiq struktur rəhbərləri ilə müzakirə edilməsi və nəzarət mexanızmı üzrə təkliflərin verilməsi;
• Mövcud proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və müvafiq struktur rəhbərləri ilə razılaşdırılması.

Tələblər:

• Biznes proseslərin idarə olunması üzrə ən azı 3 il iş təcrübəsi;
• Ali təhsil;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
• Komputer bilikləri; Ms Word, Ms Visio və ya oxşar PT.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP