Elektrik Avadanlıqları Zavodu, Elektronçu
 
JOB TITLE: Elektrik Avadanlıqları Zavodu, Elektronçu
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-04 LAST UPDATED: 2020-02-07 DEADLINE: 2020-03-05

Vəzifənin adı: Elektrik Avadanlıqları Zavodu, Elektronçu

Vəzifə öhdəlikləri:

• Müxtəlif iş növləri üzrə xüsusi istehsal və texniki şərtlər üçün texniki cəhətdən əsaslandırılmış əmək qiymətləri standartlarını hazırlamaq və həyata keçirmək;
• Normlaşdırmanın vəziyyətini, etibarlılıq dərəcəsini və intensivliyini təhlil etmək, onların keyfiyyətini artırmaq, eyni təşkilati və texniki şəraitdə həyata keçirilən vahid iş üzrə normaların bərabər intensivliyini təmin etmək;
• Əmək məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsi nəticəsində məhsulların əmək sərfiyyatını müəyyənləşdirmək;
• Normaların yerinə yetirilmə səviyyəsini tədqiq etmək, birbaşa iş yerində faktiki əmək xərclərinin normativ əmək xərclərindən yayınma səviyyəsini və səbəblərini araşdırmaq;
• Məhsulların istehsalı və satışı, yeni növ məhsulların öyrənilməsi, qabaqcıl texnika və texnologiya üçün zəruri olan maddi və əmək xərcləri üzrə hesablamalar aparmaq;
• Texnoloji proseslərin olmaması ilə əlaqədar birdəfəlik və əlavə iş üçün istehsal normalarını müəyyənləşdirmək;
• Əmək haqqı və iş normalarının hesablanması barədə hesabatlar və digər sənədlər hazırlamaq, jurnal tərtib etmək.

Təhsil/Təcrübə:

• Texniki sadədə ali təhsil;
• Müafiq sahədə ən az 3 il iş təcrübəsi;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektronçu” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP