Unix/Linux üzrə kiçik inzibatçı
 
JOB TITLE: Unix/Linux üzrə kiçik inzibatçı
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-04 LAST UPDATED: N/A DEADLINE: 2020-03-05



“ABB” ASC Unix/Linux üzrə kiçik inzibatçı axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İT sistemlərinin və xidmətlərinin pro-aktiv monitorinqi;
 Yeni və mövcud ehtiyyat sisteminin tam qurulması (IBM Spectrum Protect);
 İT xidmətində problem yarandıqda dəstəyin göstərilməsi;
 Layihələnin icrasında iştirak.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Güclü məntiq;
 Yeni İT trendlərdən xəbərdar olmaq;
 Azərbaycan dili, İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün başlanğıc biliklərə sahib olmalıdır), Rus dili arzuolunandır;
 Komandada işləmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Unix/Linux üzrə kiçik inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP