Kateqoriya Meneceri (Bazarstore)
 
JOB TITLE: Kateqoriya Meneceri (Bazarstore)
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-05 LAST UPDATED: N/A DEADLINE: 2020-03-06

AZƏRSUN HOLDİNQ

Kateqoriya Meneceri (Bazarstore)

Namizədə aid tələblər

• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlist danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətcilik haqqında məlumatlı olmalı;
• Bakının fərqli bölgələrindəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
• Səliqəli xarici görünüşlü, prezentabl olmalı.

İş haqqında məlumat

• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Qida kateqoriyalarda yeni trendlərin araşdırılması.

Çalışma qrafiki:

Həftəiçi 5 gün, saat 09:00-18:00.

İş Yeri:

Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Kateqoriya Meneceri (Bazarstore)” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP