Komplayns sahəsi üzrə menecer
 
JOB TITLE: Komplayns sahəsi üzrə menecer
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-05 LAST UPDATED: N/A DEADLINE: 2020-03-06



AFB Bank Komplayns sahəsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• PL/TMM sahəsində əz azı 3 il iş təcrübəsi;
• Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır );
• Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid milli qanunvericilik, beynəlxalq standartlar və tələblər üzrə biliklər;
• Müştərilərin bank əməliyyatları ilə bağlı dərin nəzəri və praktiki biliklər;
• CAMS sertifikatlı namizədlərə üstünlük verilir;
• Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Analitik düşüncə qabiliyyəti, dəqiqlik, təşəbbüskarlıq;
• Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Rəhbərlik etdiyi Komplayns sahəsinin işinin planlaşdırılması, təşkili və nəzarətin həyata keçirilməsi;
• PL/TMM sahəsi üzrə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi;
• PL/TMM və CRS/FATCA üzrə təlimlərin təşkili;
• PL/TMM risklərinin idarə olunması ilə bağlı Bankda tətbiq edilən proqram təminatlarının funksiyalarına dair texniki tapşırıqların hazırlanması və bu tapşırıqların təmin edilməsinin təşkili;
• İllik CRS/FATCA hesabatlarının göndərilməsi;
• Komplayns sahəsi üzrə Rəhbərliyə təqdim edilməsi üçün dövrü hesabatların hazırlanması;
• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns sahəsi üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP