Logistika üzrə mütəxəssis
 
JOB TITLE: Logistika üzrə mütəxəssis
EMPLOYER: Fresh Logistics MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-05 LAST UPDATED: N/A DEADLINE: 2020-03-06

Logistika üzrə mütəxəssis

Əsas vəzifələri:

• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması;
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
• Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək;
• Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
• Hazır avadanlıqların vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarət;
• Avadanlıqların statusu haqqında məlumatın mütəmadi yenilənməsi;
• İncoterms 2000 və 2010 şərtlərini bilməsi;
• Logistik sistemləri qurmaq;

Tələblər:

• Ali təhsil, 5 ildən çox əmək stajı (gömrük rəsmiləşdirilməsi və nəqliyyata nəzarət);
• Azərbaycan, Rus və İnglis dillərini əla bilmək;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Kompüter proqramlarında sərbəst işləmək;
• Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı.

Yaş: 25-40
İş qrafiki və əmək haqqı:
Əmək haqqı: müsahibə əsasında müzakirə ediləcək.
İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.

Göstərilən tələblərə cavab verən namizədlər, CV-lərinizi mesajınızın mövzu hissəsində “Logistika üzrə mütəxəssis” yazmaqla hr@asgroup.az elektron poçtuna göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP