Maliyyə şöbəsinin rəhbəri
 
JOB TITLE: Maliyyə şöbəsinin rəhbəri
EMPLOYER: IT Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-06 LAST UPDATED: N/A DEADLINE: 2020-02-19

Vəzifə: Maliyyə şöbəsinin rəhbəri

Öhdəliklər:

• Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
• Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozların icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
• Büdcə proqnozlarının icrasına nəzarət edir;
• Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin  ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
• Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
• Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
• Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
• Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
• Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
• Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
• Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
• Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
• Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

• Ali təhsil (iqtisadi, maliyyə);
• Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi;
• Yüksək idarəcilik və təşkilatcılıq bacariqları;
• İşgüzar ünsiyyət etikası;
• MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
• 1C proqramında (8.2 və ya 8.3 versiyası) işləməyi bacarmalı;
• ACCA sertifikatlarının olması üstünlükdür;
• Mülki, malliyyə, vergi qanunvericiliyini bilməli;
• Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyi üstünlükdür.

İş qrafiki:    5 günlük, I-V günlər, saat 09:00-18:00.

Əmək haqqı:  2500-3000 AZN Net

Interested Candidates please send your CV to recruitment@ires.az indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP