
“ABB” ASC Maliyyə Menecmenti departamentinin Büdcə və təhlil şöbəsinə büdcə üzrə aparıcı və ya baş mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlil etmək; Bizneslərlə görüşlər keçirərək ilkin büdcə fərziyyələrini əldə etmək; Xərc mərkəzləri ilə görüşlər keçirmək və məlumatların analiz edilərək büdcəyə əlavə etmək; Büdcə prosesinə inzibatçılıq edərək, məlumatları konsolidasiya etmək; Aylıq olaraq büdcənin icrasını analiz etmək və təqdimatlar hazırlamaq; Büdcə prosesinin təkmilləşdirilməsini aparmaq
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil ; Bank sektorunda minimum 2 il, büdcə sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan və ingilis dillərini mükəmməl bilmək ; SQL, Power BI, MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti; ACCA üzrə sertifikatlardan keçən (F2, F3, F5 və F7) namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə Menecmenti departamenti/ Büdcə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
|