(QSO) Qaldırıcı səbət operatoru (dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
 
JOB TITLE: (QSO) Qaldırıcı səbət operatoru (dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
EMPLOYER: Caspian Services Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-06 LAST UPDATED: N/A DEADLINE: 2020-03-07

İşəgötürən: “Caspian Services Group” MMC

Vəzifə: (QSO) Qaldırıcı səbət operatoru (dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)

İş rejimi: Tam

İşə başlama tarixi: Mümkün qədər tez

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Xəritədə yeri: Ətraflı bu keçiddə

Web: www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Komfort iş şəraiti
• Perspektivli iş
• Mehriban kollektiv

Tələblər:

• İş təcrübəsi: 1 il
• Sahə üzrə biliklər;
• Bu sahə üzrə sertifikat (TCS-MEWP Operator / Azneftkimyamaş ASC - Qaldırıcı səbət operatoru);
• Təhlükəsizlik sahəsi üzrə təlim;
• Traktor və digər mexaniki nəqliyyat vasitələrini idərə etmək üçün sürücülük vəsiqəsi;
• İntizamlı, sağlam, fiziki dözümlü, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli;
• Komandada işləmə bacarığı olmalıdır;
• Təhvil-təslimin sənədləşdirmə qaydalarını bilməlidir;
• Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Bilməlidir:

• İdarə etdiyi texnikanın konstruksiyasını və onun istismar qaydalarını;
• İdarə etmə, yükləmə, boşaltma, yerləşdirmə və yığılma qaydalarını;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir, müəssisənin ərazisi üzrə hərəkətləri, stansiya ətrafı yolları və quraşdırılmış siqnalizasiyaların yerini bilməlidir.

Vəzifə öhdəlikləri:

• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• Vəzifə təlimatına, SƏTƏM və şirkət qaydalarına əməl etməlidir;
• Texnikanın istismara yararlı olub-olmadığını gündəlik olaraq Əməliyyat üzrə menecerə bildirmək;
• Texnikanın təhlükəsiz şəkildə işləməsini təmin etməli, buna əmin olmadıqda heç vaxt risk etməməli!;
• Gündəlik texnika yoxlamaları keçirmək və nəticələri ofisə çatdırmaq. Yoxlama nəticəsində aşkarlanan problemi həll edəcək təlimatları almaq üçün Əməliyyat üzrə menecerə məlumat vermək;
• İş saatı ərzində diqqəti yalnız işə yönəltmək!;
• Texnikanı istifadədən öncə QSO müvafiq təlim/təsnifat və sertfikatlaşdırılmadan keçməlidir;
• İclaslarda iştirak etməli;
• Gündəlik baxışları keçirməli;
• Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətməli;
• Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat verməli;
• Texnikanı təmiz və saz vəziyyətdə saxlamalı;
• Görülən işlər barədə hesabatları təqdim etməli;
• QSO idarə etdiyi texnikaya görə məsuliyyət daşıyır;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
• Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.

Qeyd:

• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına 29.02.2020-ci il tarixinədək göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Qaldırıcı səbət operatoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
• Müsahibə göndərilmış CV əsasında aparılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP