
Baş maliyyə analitiki (Mingəçevir şəhəri)
İş barədə məlumat:
• Maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması və onların təhlili; • Maliyyə Hesabat prosedurlarını beynəlxalq maliyyə hesabatı standartlarına (IFRS) cavab verən şəkildə icra etmək və mühasibatlıqla addımları koordinasiya etmək; • Maya dəyərlərin hesablanması; • Büdcələmə prosesində iştrak edilməsi; • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılması və müvafiq təqdimatın hazırlanması; • Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər barədə birbaşa rəhbərinə hesabatın verilməsi; • Daxili və kənar auditorların məlumat təminatında iştirak edilməsi.
Namizədə tələblər:
• Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit). • Təcrübə: Maliyyə sahəsində 2-3 il. • Sertifikatlar: ACCA / CIMA / CPA / və ya əlaqədar sertifikatlar. • Dil bilikləri: Azərbaycan (digər dil bilikləri üstünlükdür). • Səlis Excel istifadəçisi.
İş şərtləri:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • İş qrafiki: 5 günlük (istirahət günləri: şənbə, bazar və AR qanunvericiliyinə uyğun digər bayram və istirahət günləri); • İş saatı: 09:00-18:00; • Nahar müəssisə tərəfindən təmin olunur; • Təyin olunmuş limitlə korporativ mobil nömrə;
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mailin başlığında “Baş maliyyə analitiki” qeyd etməklə hr@mingachevirtextile.com ünvanına göndərə bilərlər.
|