Satış üzrə mütəxəssis (Mingəçevir şəhəri)
 
JOB TITLE: Satış üzrə mütəxəssis (Mingəçevir şəhəri)
EMPLOYER: Mingachevir Textile DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-06 LAST UPDATED: N/A DEADLINE: 2020-03-07

Satış üzrə mütəxəssis (Mingəçevir şəhəri)

İş barədə məlumat:

• Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) mütəmadi olaraq mövcud müştərilərlə əlaqə saxlamaq və müştəri bazasını formalaşdırmaq;
• Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək;
• Potensial müştəri bazasını genişlətmək və ehtiyacları analiz etmək;
• Mütəmadi olaraq korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
• Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını yeniləmək;
• Sifarişləri qəbul etmək, müzakirə etmək və reallaşmasını təmin etmək;
• Müştəri sorğularına operativ və düzgün reaksiya verilməsi;
• Satışların uzunmüddətli planlanması və reallaşdırılması;
• Satış sənədlərini, müqavilələri tərtib etmək, razılaşdırmaq və təsdiqlətmək.

Namizədə tələblər:

• Ali təhsil
• Satış və ya ixracat sahəsində minimum 2 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərində səlis yazışma və danışıq bacarığı;
• Microsoft Office proqramlarında (Word, Excel, Power point) işləmə bacarığı;
• Ünsiyyət qurma və təqdim etmə, məsuliyyətlilik, təşəbbüskarlıq, məqsədyönlülük, problem həlletmə, operativlik, yenilikçilik bacarıqları

İş şərtləri:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: 5 günlük (istirahət günləri: şənbə, bazar və AR qanunvericiliyinə uyğun digər bayram və istirahət günləri);
• İş saatı: 09:00-18:00;
• Nahar müəssisə tərəfindən təmin olunur;
• Təyin olunmuş limitlə korporativ mobil nömrə;

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mailin başlığında “Satış üzrə mütəxəssis” qeyd etməklə hr@mingachevirtextile.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP