Vakansiya: İnşaat mühəndisi
İşəgötürən: Rakurs Scaffoldinq QSC
Ünvan: Bakı şəhəri, Nəzsimi rayonu, Dilarə Əliyeva küç. 251A İş rejimi: 09:00 – 18:00 (I-V günlər) Əmək haqqı: 600 (altı yüz) AZN
Əlaqə:
adı: Vasif Maşayev e-mail: vasif.mashayev@gmail.com mob: +994 50 200 40 62
Tələblər:
- Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu), - Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (inglis dili arzuolunandır), - Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi, - Müvafiq sahə üzrə kompyuter proqram və ofis proqram bilikləri (World, Excel, AutoCAD), - Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.
Vəzifələr:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi, - İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması, - Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi, - Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi, - Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi, - Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi, - Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, - Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi.
|