Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: İT Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-06 LAST UPDATED: 2020-02-10 DEADLINE: 2020-03-07

İT Şirkətlər Qrupu - Mühasib

Namizədə aid tələblər

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C 2 8.3 yüksək səviyyədə, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

İş haqqında məlumat

- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sevda.n@caspel.com elektron ünvanına (“Mühasib” başlığı ilə) müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP