Çağrı mərkəzinin mütəxəssisi
 
JOB TITLE: Çağrı mərkəzinin mütəxəssisi
EMPLOYER: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-07 LAST UPDATED: N/A DEADLINE: 2020-03-08

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Şöbə: Çağrı mərkəzi

Vəzifə öhdəlikləri:

• Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
• Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
• Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
• Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
• Müraciət vərəqinin hazırlanması;
• Departament rəhbəri və şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

• Ali təhsil, (tibb təhsilli namizədlərə üstünlük verilir);
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
• Düzgün diksiya, rahat ünsiyyət qurma bacarığı;
• Analitik düşünmə, analiz etmə, diqqətlilik;
• İngilis və rus dilləri üzrə danışıq və yazı bacarıqları arzuolunandır;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı;
• Minimum iş stajı 1 il.

Maraqlanan namizədlər CV-lərini 28 fevral 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP