Çağrı mərkəzi operatoru
 
JOB TITLE: Çağrı mərkəzi operatoru
EMPLOYER: ATL Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-10 LAST UPDATED: N/A DEADLINE: 2020-03-11

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: Çağrı mərkəzi (Call Center)operatoru

Vəzifə Öhdəlikləri

• Çağrı mərkəzinə (Call center) daxil olan zənglərin cavablandırılması və qeydiyyatının aparılması;
• Xidmətlər və şirkət haqqında düzgün məlumat verilməsi;
• Daxil olan sorğuların qəbul edilib,icra edilməsi;
• Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Vakansiya üzrə tələblər

• Azərbaycan dilində səlis danışıq qabiliyyəti, əlavə olaraq rus ( və ya ingilis) dili bilməsi arzuolunandır;
• Koorperativ keyfiyyətlərə malik olması;
• Ünsiyyətcil və səlis danışıq səriştəsi;
• İş təcrübəsinin olması;
• Telefonla soyuq satış etmə bacarığının olması;
• Səbirli və təmkinli olması;
• Cəld və bacarıqlı olması.

İş şəraiti

• Mehriban və ünsiyyətcil kollektiv
• İş saatı: Həftə içi 5 gün / 10:00- 14:00.
• Maraqlanan namizədlərdən linkə https://career.atltech.az/vacancy/139 keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uğurlu namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP