Back–end Proqramçı
 
JOB TITLE: Back–end Proqramçı
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-10 LAST UPDATED: N/A DEADLINE: 2020-03-11



Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal innovasiyaların tətbiqi departamenti Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Back–end Proqramçı vəzifəsinə vakansiyası elan edir.

Vəzifənin məqsədi

Back-end proqramçı, hazırlanan proqram təminatlarında frontend üçün ehtiyac olan web servislərin və API – lərin hazırlanmasını təmin edir. Hazırlanan web servis və APİ – lərin performansına, dayanıqlılığına nəzarət edir və məsuliyyət daşıyır.

Vəzifə üzrə tələblər

• Məhsulun biznes məntiqinin, backend sisteminin dizayn olunması və proqramlaşdırılması.
• Frontend proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ –lərin hazırlanması.
• Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək.
• Unit və İnteqrasiya testlərin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin (tools) hazırlanması.
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi.
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirləri təhlil etmək
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması
• İngilis dili (intermediate )
• Rus dili arzuolunandır

Bilik, bacarıq və təcrübə

• Backend proqramçı kimi ən az 2 İllik təcrübə
• Java8, Java EE, Sprint Boot üzrə təcrübə
• Versiya Kontrol Sistemləri (Git) üzrə dərin bilik
• RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübə və tətbiqlərin performansının artırılması.
• Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklər
• Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə bilik (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
• Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması.
• Agile Scrum metodologiyası barədə bilik
• Mikroservis arxitekturası üzrə biliklər arzuolunandır.
• PL/SQL bilikləri arzuolunandır
• Agile komandasında proqramçı kimi iş təcrübəsi üstünlükdür
• Güclü problem həlletmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP