Front-end Proqramçı
 
JOB TITLE: Front-end Proqramçı
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-11 LAST UPDATED: N/A DEADLINE: 2020-03-12

Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal innovasiyaların tətbiqi departamenti Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Front-end Proqramçı vəzifəsinə vakansiyası elan edir.

Vəzifənin məqsədi

Web proqramçı, müasir texnologiyalardan və proqram mühəndisliyi (Software engineering) sahəsində ən yaxşı təcrübələrdən istifadə edərək müasir web səhifələri hazırlayır. Daim yeni texnologiyaları araşdırır və ehtiyaca uyğun tətbiq edir.
Vəzifə üzrə tələblər

• Komandada işləmək bacarığı.
• Müasir texnologiyalardan və ən yaxşı təcrübəyə əsaslanaraq funksional veb tətbiqlərin hazırlanması.
• Back-end proqramçı ilə sıx əməkdaşlıq etmək və APİ – lərdən istifadə etmək.
• Unit, İnteqrasiya və funksional testlərin yazılması.
• İngilis dili (intermediate)
• Rus dili arzuolunandır
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirləri təhlil etmək

Bilik, bacarıq və təcrübə

• Müasir JavaScript framework –lər və kitabxanalarla ( Angular 2+, Rect JS) ən az 2 il iş təcrübəsi.
• HTML, CSS (Sass), JavaScript, Jquery, EcmaScript 6, veb təhlükəsizlik barədə dərin biliklər.
• Dizayn proqramları (Photoshop, Figma, Sketch) üzrə iş təcrübəsi
• Git, Github, GitLab üzrə iş təcrübəsi
• Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin biliklər
• Obyektyönümlü proqramlaşdırma barədə dərin biliklər
• “Agile Scrum” metodologiyası barədə bilik
• Səmərəli və innovativ həll yolları yaratmaq üçün kollektiv əməkdaşlıqdan faydalanmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Front–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP