
“Mətanət A” şirkəti Laborant vakansiyasını elan edir
İşin təsviri:
Laboratoriya avadanlıqlarını tanıyıb, onlarla işləməyi bacarmalıdır; Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır; Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır; Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır; Analiz üsullarını öyrəndikdən sonra laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında gündəlik istehsal olunan məhsulların keyfiyyət analizlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə yerinə yetirməlidir; Analizlərin aparılması zamanı aparılan müşahidə və nəticələri səliqəli formada qeydiyyata almalıdır; Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali (bakalavr) İş təcrübəsi: Ən azı bu sahədə 2 il il iş təcrübəsi olmalı. (Boya və Gips sahəsində işləmiş laboranta üstünlük verilir.) Yaş həddi: 24-35; Cinsi: Kişi/qadın Kompüter biliyi: Word, Excell, Internet Explorer; Dillər: Azərbaycan dili.
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyyəti; İşə planlı yanaşması; Ünsiyyət yaratmaq bacarığı; Fəal olması;
Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
|