Art Direktor
 
JOB TITLE: Art Direktor
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-12 LAST UPDATED: N/A DEADLINE: 2020-03-13

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Art Direktor

Vəzifə öhdəlikləri:

• Müstəqil şəkildə və ya mətn yazarının iştirakı ilə ideaların təklifi və reallaşdırılması;
• Vizual kommunisiyanın keyfiyyətinin artırılması;
• Məhsulun, layihənin və ya brendin bədii təqdimatının konsepsiyasının hazırlanması;
• Dizayn həllərinin standartlaşdırılması;
• Komanda üzvləri arasında funksiyaların bölünməsi;
• Tabeçiliyində olan işçilərə və layihənin reallaşmasına nəzarət;
• Yeni kampaniyaların planlaşdırılması;
• Qeydiyyatların aparılması;
• Təchizatçılarlar, icraçılar və partnyorlarla iş;
• Verilən qərarların effektivliyinə və qoyulan vaxt ərzində işlərin təhvil verilməsində məsuliyyət daşımaq.

Tələblər:

• Dizayn və ya marketinq sahəsində ali təhsil;
• Riteyl sahəsində və ya reklam agentliklərində Art-direktor vəzifəsində iş təcrübəsi;
• Portfollionun olması.
• Nəfis zövq və dəbli tendensiyalara maraq;
• Liderlik keyfiyyətləri;
• Punktuallıq və çalışqanlıq;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 3000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Art Direktor” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP