
“PAŞA Sığorta” ASC namizədləri Satınalmalar üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq qaydada Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsi . • Satınalmalar üzrə daha yaxşı təkliflər əldə etmək üçün potensial/mövcud təchizatçılar ilə müntəzəm danışıqların aparılması və bazarın təhlili; • Xərclərin təhlili, xərclərin azaldılması üsulları üçün uzunmüddətli qənaət üsullarının təklif edilməsi; • İllik satınalma planının hazırlanmasında iştirak; • Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə və ödənilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi; • Sifarişlərə müvafiq olaraq müqavilələri, düzəlişləri hazırlanması, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsi və təkliflərin toplanması; • Mövcud proseslərin təkmilləşdirilməsi üçün təşəbbüs göstərmək; • İllik büdcənin formalaşma prosesində iştirak etmək; • Şirkət daxili layihələrdə iştirak etmək; • Birbaşa rəhbər və departament rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.
Bilik və bacarıqlar:
• Ali iqtisadi təhsil; • Satınalmalar istiqamətində 2 il iş təcrübəsi; • İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək; • Power point, Excel və visiodan mükəmməl istifadə etmək bacarığı; • Dürüst, məntiqli, işgüzar, pozitiv • “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Son müraciət tarixi: 29 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|