
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Arxiv işləri üzrə aparıcı mütəxəssis.
İşin təsviri:
• Müvafiq Qanunvericilik biliklərinə sahib olunması; • Arxiv üzrə sorğu vasitələrini (bələdçi kitabı, göstərici, xülasə, kataloq) hazırlanması, onları təşkil və təhlil edilməsi; • Hesabat üçün arxivdə sənədlərin təşkili barədə məlumat hazırlanması; • Sənədlərin saxlanması, uçotu və səmərəli yerləşdirilməsi; • Sənədlərin axtarılması işlərin təşkil edilməsi; • Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması; • Qanuna uyğun sənədlərin məhvinin təşkili; • Dezinfeksiya və qutulara yığılması işlərin təşkil edilməsi.
Tələblər:
• Ali təhsil; • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi; • Azərbaycan, Rus və İngilis (üstünlük verilir) dillərini bilməsi; • Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti; • Komandada işləmək bacarığı; • Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı; • Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.
Namizədlərdən CV-lərini “Arxiv işləri üzrə aparıcı mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
|