Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-12 LAST UPDATED: N/A DEADLINE: 2020-03-13

Vəzifə: Satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Daxil olan sifarişlərin icra olunmasını təmin etmək;
• Daxil olan satınalma sifarişlərinin qiymətləndirilməsini təmin etmək;
• Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra etmək;
• Təchizatçı firmalarla danışıqların aparılmasında iştirak etmək və müqavilənin bağlanması üçün məlumat təmin etmək;
• Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
• Sifarişin qəbulundan, malın çatdırılması, xidmətlərin icrası, tədarükçülərə ödənişlərin icra olunmasınadək olan satınalma prosesinin tam sənədləşdirməsi və icrasını təmin etmək;
• Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək.
• Adında olan tələblərin həftəlik status raportunu hazırlayıb birbaşa rəhbərinə təqdim etmək.

Namizədə tələblər:

- Azərbaycan, rus, və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- Danışıqların aparma bacarığı
- Planlama qabiliyyəti
- Yüksək təşkilatçılıq bacarığı
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı
- ERP proqram biliyi
- Stersə davamlılıq
- Qida sektorunda satınalma təcrübəsi - minimum 2 il

İş yeri: Əhməd Rəcəbli 25 D, Bakı
İş şəraiti: 5 günlük iş qrafiki
Şirkət tərəfindən nahar və koprorativ xətt ilə təmin edilir.
Əmək haqqı: müsahibə əsasında

Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP