Kiçik şəbəkə inzibatçısı
 
JOB TITLE: Kiçik şəbəkə inzibatçısı
EMPLOYER: PMD Hospitality LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-12 LAST UPDATED: 2020-02-13 DEADLINE: 2020-03-13

Vəzifə: Kiçik şəbəkə inzibatçısı

Şöbə: İT

Tabeçilik: İT üzrə qrup meneceri

İşəgötürən: “PMD Hospitality” MMC

Ünvan: Neftçilər prospekti 153, PBT

Namizədə tələblər:

• Ali təhsil;
• Azərbaycan dili (rus və ingilis dilləri üstünlükdür);
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• İnformasiya sistemlərinin quruluşu və arxitekturası haqqında biliklərin olması;
• Telekommunikasiya şəbəkələrinin quruluşu və arxitekturası haqqında geniş nəzəri və praktiki biliklərin olması;
• CİSCO avadanlıqlarının idarə olunması və sazlanması üzrə geniş nəzəri və praktiki biliklərin olması;
• CISCO CCNA sertifikatı arzu olunandır;
• Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
• Məxfilik qaydalarına riayət etmək;
• Müstəqil qərar vermək qabiliyyətinə malik olmalı;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Təşkilatçılıq və planlaşdırma bacarığı;
• Qrupun işlərini icra etmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını təmin edir;
• Şirkətin baş ofisi, otellər, restoranlar və şirkətin diqər obyektləri arasında korporativ telekommunikasiya şəbəkəsinin və şəbəkə avadanlıqlarının müasir standartlar və təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə sazlanmasını və idarə olunmasını təmin edir və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti ilə işləri əlaqələndirir;
• Şirkətə məxsus şəbəkə avadanlıqlarının daim işlək vəziyyətdə olmasını təmin edir və mütəmadi olaraq onların fəaliyyətini monitorinq edir;
• Şirkətin telekommunikasiya şəbəkəsinin məntiqi və fiziki topologiyalarını hazırlayır və daim aktual vəziyyətdə olmasını təmin edir;
• Mütəmadi olaraq şirkətin korporativ telekommunikasiya şəbəkəsinin və şəbəkə avadanlıqlarının konfiqurasiyalarını təhlil edir və tələb olunan dəyişikliklərin həyata keçirilməsini təmin edir;
• Şirkətin telekommunikasiya şəbəkəsinin daxili komponentləri arasında məlumat mübadiləsi üçün tələb olunan fiziki və məntiqi əlaqələrin yaradılmasını təmin edir;
• Şirkətin telekommunikasiya şəbəkəsinin təhlükəsiz rejimdə internet şəbəkəsinə çıxışının sazlanmasını və monitorinqini təmin edir və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti ilə işləri əlaqələndirir;
• Şirkətin işgüzar əlaqələri olan kənar təşkilatlarla şirkətin telekommunikasiya şəbəkəsinin tələb olunan rabitə əlaqələrinin sazlanmasını və idarə olunmasını təmin edir;
• Şirkətin telekommunikasiya şəbəkəsində baş verən xətaların və hadisələrin dərhal araşdırılmasını və aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir;
• Şirkətin telekommunikasiya şəbəkəsinə aid olan avadanlıqların və rabitə kanallarının davamlı və təhlükəsiz fəaliyyətini təmin edir və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti və şəbəkəyə xidmət göstərən podratçı şirkət ilə işləri əlaqələndirir;
• Şirkətin telekommunikasiya şəbəkəsinə aid olan avadanlıqlara və rabitə kanallarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti və şəbəkəyə xidmət göstərən podratçı şirkət ilə işləri əlaqələndirir;
• Qrupun funksiyalarına aid olan məsələlər haqqında daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
• Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT qrup menecerinə hesabatlar təqdim edir;
• İT qrup menecerinin qrupun işinə aid olan tapşırıqlarını yerinə yetirir;
• Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@pmdhospitality.az
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 28 fevral 2020-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP