Sürücü (BCD kateqoriyalar üzrə)
 
JOB TITLE: Sürücü (BCD kateqoriyalar üzrə)
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-12 LAST UPDATED: N/A DEADLINE: 2020-03-13

Vəzifənin adı: Sürücü (BCD kateqoriyalar üzrə)

Tabeçilik: Struktur bölmə rəhbərinə

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- İdarə üçün ayrılmış avtonəqliyyat vasitəsinin idarə olunması;
- Avtonəqliyyat vasitəsinin gündəlik baxışını yerinə yetirilməsi;
- Bütün növ minik avtomobillərini idarə etməyi bacarmalı;
- Hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini,səbəblərini və təhlükəli nəticələrini,onların aşkar edilib düzəlməsi üsullarını bilməli;
- Texniki xidmətin aparılma qaydasını bilməli;
- Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını bilməli;
- İdarə çərçivəsində verilən tapşırıqların yerinə yetirilməsi;
- İdarə daxili intizam qaydalarına riayət edilməsi.

TƏHSİL/TƏCRÜBƏ:

- Sürücü kimi ən azı 5 il iş təcrübəsi;
- Böyük həcmli avtobusu sərbəst idarə etməyi bacarmalı;
- Müvafiq kateqoriyalı sürücülük vasiqəsinə malik olmalı (BCD);
- Bakı şəhərini, Sumqayıt şəhərini və ətraf əraziləri yaxşı tanımalı;
- Yol hərəkəti qaydalarını bilməli və onlara riayət etməli;
- Azərbaycan dilini bilməli;
- Məsuliyyətli, işə ciddi yanaşan, dürüst olmalı;
- İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirə bilməli.

ƏLAVƏ MƏLUMATLAR:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP