
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Tibb işçisi
İş yeri: Salyan İş təcrübəsi: 5-7 il Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili) Yaş həddi: 30-55 yaş
İşin Təsviri: Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək; - Həkim təyinatının yerinə yetirilməsini təmin etmək; - Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək; - Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.
Tələblər:
- Tibbi deontologiyanı bilmək; - Tibb bacısının iş prinsiplərini bilmək; - MS Office proqramlarını bilmək arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - Əmək müqaviləsi.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yaşayış yerinə uyğun - “Tibb işçisi Salyan” yazıb göndərməklə müraciət edə bilərsiniz.
|