Texniki dəstək üzrə koordinator (HelpDesk)
 
JOB TITLE: Texniki dəstək üzrə koordinator (HelpDesk)
EMPLOYER: PMD Hospitality LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-13 LAST UPDATED: N/A DEADLINE: 2020-03-14

Vəzifə: Texniki dəstək üzrə koordinator (HelpDesk)
Şöbə: İT
Tabeçilik: İT üzrə qrup meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Namizədə tələblər:

• Ali təhsil;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• İnformasiya sistemlərinin, məlumat bazaları və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında biliklərin olması;
• MS Windows əməliyyat sistemlərində işləmək bacarığı
• Active Directory;
• SQL, PLSQL üzrə bilik;
• Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
• Məxfilik qaydalarına riayət etmək;
• Müstəqil qərar vermək qabiliyyətinə malik olmalı;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Qrupun işlərini icra etmək bacarığı;

Vəzifə öhdəlikləri:

• Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra edir;
• Şirkətin inzibati binasında, otellərdə, restoranlarda o cümlədən ehtiyat mərkəzində istismarda olan kompüter və proqram təminatlarının istifadəsi üzrə şirkətin əməkdaşları üçün “Texniki dəstək” xidmətini həyata keçirir;
• “Texniki dəstək” xidməti üzrə kompüter və proqram təminatlarının istifadəsi ilə bağlı şirkətin əməkdaşlarından daxil olan sorğuların/hadisələrin qeydiyyatını aparır, prioritetlərini müəyyən edir və həll yollarını araşdırır;
• İstifadəçilərin müraciətləri əsasında avtomatlaşdırılmış sistemlərində və şirkətdə istifadə olunan digər proqram təminatlarında aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və ya xaricdən xidmət göstərən şirkətlərə sorğularını göndərir və icrasına nəzarəti təmin edir;
• Şirkətin əməkdaşları tərəfindən istifadə olunan kompüter avadanlıqlarına şirkət tərəfindən müəyyən olunmuş proqram təminatlarının quraşdırılmasını və sazlanmasını təmin edir;
• İnformasiya sistemlərində və ya avadanlıqlarında baş verən xətaların və hadisələrin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
• Şirkətdə istifadə olunan kompüter və printer avadanlıqlarına texniki xidmət göstərilməsini və onların inventarlaşdırılmasını təmin edir;
• Mütəmadi olaraq şirkətdə istifadə olunan kompüter və printer avadanlıqlarının mövcud vəziyyətini qiymətləndirir, texniki-proqram vasitələrinə olan tələbatı müəyyənləşdirir və onların yenilənməsi ilə bağlı İT qrup menecerinə təkliflər verir;
• Kompüter avadanlıqlarına texniki baxış keçirir və müvafiq rəylər verir;
• Departamentin digər struktur vahidləri ilə birgə informasiya sistemlərinin istehsalçısı tərəfindən müvafiq modul və ekran formaları üzrə təqdim olunan dəyişikliklərin və yeni versiyalarının tətbiqində iştirak edir;
• “Texniki dəstək” xidmətinə daxil olan sorğular əsasında mütəmadi olaraq informasiya sistemlərinin funksional təkmilləşdirilməsi üzrə tələb olunan işləri təhlil edir və bununla bağlı İT qrup menecerinə təkliflər verir;
• İnformasiya sistemlərində baş verən xətaların və hadisələrin dərhal araşdırılmasını və aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir;
• İnformasiya sistemlərinin sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
• İnzibati bina ilə otellər, restoranlar və şirkətin diqər obeyktləri arasında “on-line” rejimdə məlumat mübadiləsinin təmin edilməsində iştirak edir;
• Qrupun funksiyalarına aid olan məsələlər haqqında daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır.
• Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT qrup menecerinə hesabatlar təqdim edir;
• İT qrup menecerinin qrupun işinə aid olan tapşırıqlarını yerinə yetirir;
• Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

İşçinin təminatları:

- Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə.

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@pmdhospitality.az
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 28 fevral 2020-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP