Kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis/ aparıcı / baş mütəxəssis
 
JOB TITLE: Kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis/ aparıcı / baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-14 LAST UPDATED: 2020-02-14 DEADLINE: 2020-03-15

“ABB” ASC İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya təhlükəsizliyinə və rəqəmsal dələduzluğa nəzarət şöbəsinə kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis (Penetration Tester) vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

• Penetrasiya testi metodologiyasının hazırlanması;
• Xarici və daxili şəbəkələr üzərindən sistemlərin təhlükəsizliyinin pozulma ehtimalının qiymətləndirilməsi;
• Avtomatik və manual qaydada təhlükəsizlik skanların həyata keçirilməsi;
• Proqram kodunun təhlükəsizliyinin analizi;
• Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi.

Bizim üçün ideal namizəd:

• İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarü üzrə ali təhsili olan;
• Kibertəhlükəsizlik, Sistem administratoruluğu, Şəbəkə administratoruluğu, Proqramçılıq üzrə sahəsində 1 ildən artıq iş təcrübəsi olan;
• Digər Proqramlar: Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. kimi testinq alət və frameworks ilə təcrübə;
• Python, Javascript, Ruby proqramlaşdırma dillərindən ən az biri ilə təcrübə;
• Tapılmış zəiflikərin nümayişi üçün "PoC exploit" tərtibatı bacarığı;
• Linux əməliyat sistemi ilə sərbəst işləmə bacarığı;
• Statik kod analizi bacarığı üstünlükdür;
• Sistem/Şəbəkə inzibatçılığı təcrübəsi üstünlükdür;
• OSCP, CEH və ya əlaqəli sertifikatlar arzuolunandır.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 02 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP