Laboratoriya operatoru
 
JOB TITLE: Laboratoriya operatoru
EMPLOYER: Azerbaijan Coca-Cola Bottlers DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-26 LAST UPDATED: N/A DEADLINE: 2020-03-27

ŞİRKƏT HAQQINDA:

Azərbaycan Coca-Cola Bottlers şirkəti Coca-Cola Şirkətinin qazlı və qazsız içkilərini Azərbaycan daxilində istehsalı, satışı və paylanmasını həyata keçirir. Fəaliyyətinə 1994-cü ildə başlamış, 2007-ci ildə isə Coca-Cola İçecek-in (CCI) tərkibinə daxil olmuşdur.

Azərbaycan Coca-Cola Bottlers 1 zavod və 300-dən çox əməkdaşı ilə 10 milyon istehlakçıya xidmət göstərir. Məhsul portfelinə Coca-Cola, Coca-Cola light, Coca-Cola zero, Bonaqua, Burn, Cappy, Doğadan, Fanta, Fuse Tea, Sprite kimi brendlər daxildir.

İş barəsində məlumat:

• Xətti başlatmaq və başlanğıc analizləri prosedura uyğun olaraq vaxtında həyata keçirmək.
• Laboratoriya operatoru prosedura uyğun məhsul, su , sirop və qazın analizlərini etməlidir.
• Standartdan kənar istehsal olan zaman, istehsal xəttini saxlamaq səlahiyyətinə sahibdir.
• Keyfiyyət planlarının yerinə yetirilməsinə cavabdehdir.
• GMP tələblərinə uyğun metodlardan istifadə etmək və yoxlamaları aparmaq.
• Analizlər haqqında qeydlər aparmaq,qeydləri analiz edib və xəttə müdaxilə etməlidir.
• Xammal giriş kontrolu və analizləri aparmaq.
• Ekologiya ilə bağlı periodik olaraq aldığı təlimlərlərin əsasını təşkil edən Azərbaycan Respublikasının bu sahəni tənzimləyən qanunvericiliyi və Şirkətin daxili prosedurlarına uyğun standartlara riayət etmək.
• ISO 9001; FSSC 22000; ISO 14001 və OHSAS 18001 tələblərinə uyğunluğu təmin etmək.
• Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texnik qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamaları apamaq.
• Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək.
• Problemləri müəyyən etmək və növbə rəisinə hesabat vermək, uyğunsuzluq vəziyyətində qeyd tutmaq, düzəldici/önləyici fəaliyyətləri təqib etmək.

- iş mövsümidir (Mart-Sentyabr)
- İş 3 növbəlidir
- İşçilər servis avtobusu və nahar ilə təmin edilir

Namizədə olan tələblər:

- Ali təhsil (Kimya, Biologiya, Texniki ixtisasları üzrə)
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri, steril şəraitdə işləmə bacarığı, laboratoriya çihazları ilə işləmə və onları tənzimləmə bacarığı
- Dil bilikləri: azərbaycan dili (mükəmməl); rus, ingilis dilləri (yaxşı)
- MS Office bilikləri
- Kompyuter bilikləri

Müraciət etmək üçün vakansiyanın adını “Mövzu” bölməsində qeyd edərək, CV formanızı hr@cci.com.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP