Proqramlaşdırma şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Proqramlaşdırma şöbəsinin mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-27 LAST UPDATED: N/A DEADLINE: 2020-03-28

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsi
Vəzifə: Mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 09 mart 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək;
2. Məlumatların periodik yüklənməsi üçün JOB-ların yaradılması və işinə nəzarət etmək;
3. Yeni modulların yaradılması, modullarda dəyişiklik, TFS sistemi üzrə kodlarda dəyişikliklər tətbiq etmək;
4. Yeni Proyektlərin hazırlanmasında rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək, alqoritmlərin hazırlanması, texniki sənədin analiz edilməsi;
5. Qrup halında aparılan texniki və proqramlaşdırma proseslərin izlənilməsi və yaranan problemlərin rəhbərə təqdim edilməsi;
6. Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
7. Datanın düzgünlüyünün yoxlanması, xam datanın emal olunması və lazımi analitik əməliyyatların aparılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahəsində bakalavr dərəcəsinin olması
Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
Kompüter bilikləri: C#, .Net Core Mvc, Bootstrap, CSS, Jquery, Javascript, AJAX, HTML, Asp.Net, MSSQL(T-SQL)
Üstünlüklər: Sərbəst alqoritm qurma bacarığı və analiz etmə bacarığının olması
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Proqramlaşdırma şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP