Rus dili təlimçisi
 
JOB TITLE: Rus dili təlimçisi
EMPLOYER: Powermark Education DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-02-28 LAST UPDATED: N/A DEADLINE: 2020-03-29

Powermark Education olaraq 2016-cı ildən etibarən fəaliyyət göstəririk. Tələbə artımını nəzərə alaraq komandamızı işini sevərək görən rus dili təlimçisi ilə gücləndirmək istəyirik.

İş barədə

1. İş qrafiki barədə razılaşmaq mümkündür. Ancaq, tam iş günü təklif edən namizədlərə üstünlük verilir.
2. Təhsil mərkəzi tərəfindən müəyyən edilmiş proqram əsasında, fərdi və ya qrup şəklində rus dili tədris edilməsi.
3. Tələbələrin inkişafına nəzarət etmək və müntəzəm olaraq yoxlamaq
4. Minimal yaş həddi 22 yaşdır.
5. Əmək haqqı barədə intervyu zamanı daha detallı məlumat veriləcək. Bu namizədin təcrübəsindən və təklif etdiyi qrafiklərdən asılı olaraq dəyişə bilir.

Namizədə tələblər

1. Rus dili təlimçisi olaraq 1 illik iş təcrübəsi olması üstünlükdür, şərt deyil
2. Müvafiq sahədə ali təhsil (Cari, məzun)
3. Fərqli yaş qrupları ilə işləmək bacarıqları
4. Punktual, işində məsuliyyətli və gələcəyini bu sahədə görənlər
5. Eyni anda başqa təhsil mərkəzləri ilə əməkdaşlıq etmək istəyənlər bizə uyğun deyil. Təlimçinin bütün enerjisi ilə və qəlbən bizimlə olması vacibdir.

Maraqlananlar CV formalarını “Rus dili” başlığı qeyd etməklə office@powermark.az email ünvanına göndərə bilərlər.

Daha ətraflı :

(+994) 55 541 55 11
World Business Centre, 10-cu mərtəbə

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP